Şirkət haqqında

1995-ci ildə yaradılan Bestcomp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, Bestcomp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı, soyutma sistemləri, proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşma şirkətin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir.
Bestcomp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Thales, Entrust, İntel şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin "Expert' və “Silver”, Cisco şirkətinin "Master Security" səviyyəli “Premier”, APC by Schneider Electric şirkətinin “Elite” tərəfdaşı, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Dell, Juniper, Micro Focus, Radware, VMware, Schneider Electric, Eaton, Tripplite və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.
Ətraflı

Peşəkarlıq

Biz, İT sahəsində dünyanın ən müasir texnologiyalarını tətbiq etməyi bacaran əsl peşəkar komandayıq. Məhz biz uğurlu biznesin davamlı olmasının təminatçısıyıq.

Keyfiyyət

Ölkəmizin aparıcı şirkətləri bizim keyfiyyətimizə güvənərək, İT və telekom sahələrinin fasiləsiz çalışması üçün bizə etibar edirlər. Siz də onlara qoşulun!

Dəqiqlik

Biz daima hər bir işimizdə sürətli və keyfiyyətli xidmət təqdim edərək müştərilərimizin xüsusi tələblərini qarşılayırıq və hər zaman razılaşmalarımıza sadiqik.

Həllər və Xidmətlər

Fəaliyyət göstərdiyimiz sahədə ən yaxşı olmağın məsuliyyətini dərk edirik və bunun üçün həyata keçirdiyimiz hər bir layihədə yenilikçi ideyaları reallığa çevirərək, müştərilərimizin məmnunluğunu təmin etməyə çalışırıq.
6000

TƏHVİL VERİLMİŞ LAYİHƏ

7

Ölkələr

10000

MƏMNUN MÜŞTƏRİ

50

Mükafatlar

Müştəri Rəyi

BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.

Azamat Jilokov

Layihə Meneceri,“Black and Veatch”
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC

Texnoloji Tərəfdaşlıq

Resurslar

Xəbərlər

Bestcomp Group şirkəti Intel Korporasiyasının Azərbaycanda ilk və yeganə Qızıl statuslu tərəfdaşıdır.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirik ki, Bestcomp Group Intel-in Azərbaycanda Qızıl tərəfdaş statusunu əldə edən ilk şirkət oldu.

İT sahəsində qadınlara dəstək sessiyası Bestcomp Group-un ofisində

“FEMMES DIGITALES” İctimai Birliyinin mentorluq proqramı çərçivəsində üçüncü təcrübə sessiyası keçirildi. 13 oktyabr 2022-ci il tarixində Bestcomp şirkətinin ofisində FEMMES DIGITALES - TECH sahəsində qadınlara dəstək İctimai Birliyinin təşkil etdiyi mentorluq proqramı çərçivəsində üçüncü təcrübə sessiyası keçirildi.

Bestcomp Group Cisco Security məhsullarına dair tədbir texniki tədbir təşkil etdi

CISCO şirkətinin mütəxəssisləri #CISCO-nun Azərbaycanda 1-ci səviyyəli tərəfdaşı olan Bestcomp Group-un satışa dəstək və satış menecerləri üçün #Security məhsullarına dair xüsusi təlim keçiriblər.