Website Security Test

Həllər

BestComp Group şirkəti “Eurovision 2012” mahnı müsabiqəsinə hazırlıq işlərinə verdiyi töhfəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib

BestComp Group şirkəti Eurovision – 2012 beynəlxalq musiqi yarışmasının keçirildiyi Baku Crystall Hall Brifinq Mərkəzində konfrans-sisteminin uğurlu inteqrasiyasına görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib.

Sığorta sektorunda

2007-ci ildə BestComp Group Azərbaycan sığorta bazarına sığorta fəaliyyətinin avtomatlaşdırılması proqram təminatını təqdim etdi. BestComp Group sığorta fəaliyyətinin avtomatlaşdırılması sahəsində proqram təminatlarının aparıcı istehsalçısı olan SFS şirkətinin (Türkiyə) Azərbaycanda və Gürcüstanda rəsmi distribütorudur. 2008-ci ilin yanvar ayında təklif olunan proqram təminatı Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan Standard Insurance-da həyata keçirilməyə başlandı. Tətbiq edilən proqram təminatı sığorta şirkətinin bütün departamentlərinin fəaliyyətlərinin avtomatlaşdırılmasına imkan verir və sığorta fəaliyyətinin sığorta məhsullarının satışından başlayaraq sığorta hadisələrinin təkrarsığortasınadək olan bütün mərhələlərini əhatə edir.