Həllər

Bank sektorunda


Müxtəlif bankalarda bir sıra telekommunikasiya, server və məlumat saxlama sistemləri hazırlanaraq icra edilmişdir. “Kapital Bankda” bir sıra “açar təhvil” layihələr, o cümlədən Bakıdakı mərkəzi ofislə ölkənin müxtəlif regionlarında yerləşən uzaq filiallar arasında WLAN şəbəkə yaradılması və CISCO avadanlığı ilə mərkəz ofislə kommunikasiya kanalları yaradılması layihəsini həyata keçirmişdir.


Digər bir layihə bank üçün baş məlumat mərkəzinin yaradılması olmuşdur. Bu layihə HP-UX, Oracle, iFlex, FlexCube proqram təminatı üzərində işləyən HP avadanlığı, HP Operations Manager və HP Network Node Manager vasitəsilə uğurla yerinə yetirilmişdir.


Müxtəlif banklarda HP Integrity və Proliant serverlər, HP EVA yaddaş qurğuları, həmçinin gücü 80-200 kVA arasında olan bir sıra UPS sistemləri əsasında mürəkkəb layihələr hazırlanaraq icra edilmişdir.


Bank Standard, Kapital Bank və AFB - nin Bakıdan uzaqda yerləşən ehtiyat məlumat mərkəzlərinin İKT infrastrukturu layihələnmiş və icra edilmiş, bu mərkəzlərdə Bakıdakı baş ofisdə yığılan məlumatların telekommunikasiya kanalları ilə replikasiyası təmin edilmişdir.


BestComp Group "Kapital Bank"da Milli kart sisteminin, kart prosessinq mərkəzinin qurulmasında fəal iştirak etmişdir.


 

BestComp Group AtaBank, Bank Standard, AzdemiryolBank, Bank of Baku, RoyalBank, MuganBank, AzkreditBank, ZaminBank, Nikoil İKB ASC, AzFinansBank, KredoBank və s. banklarda da İKT sistemlərinin qurulmasında fəal iştirak etmişdir.