Həllər

Bank sektorunda

Müxtəlif bankalarda bir sıra telekommunikasiya, server və məlumat saxlama sistemləri hazırlanaraq icra edilmişdir. “Kapital Bankda” bir sıra “açar təhvil” layihələr, o cümlədən Bakıdakı mərkəzi ofislə ölkənin müxtəlif regionlarında yerləşən uzaq filiallar arasında WLAN şəbəkə yaradılması və CISCO avadanlığı ilə mərkəz ofislə kommunikasiya kanalları yaradılması layihəsini həyata keçirmişdir.


Sığorta sektorunda

2007-ci ildə BestComp Group Azərbaycan sığorta bazarına sığorta fəaliyyətinin avtomatlaşdırılması proqram təminatını təqdim etdi. 2008-ci ilin yanvar ayında təklif olunan proqram təminatı Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan Standard Insurance-da həyata keçirilməyə başlandı. Tətbiq edilən proqram təminatı sığorta şirkətinin bütün departamentlərinin fəaliyyətlərinin avtomatlaşdırılmasına imkan verir və sığorta fəaliyyətinin sığorta məhsullarının satışından başlayaraq sığorta hadisələrinin təkrarsığortasınadək olan bütün mərhələlərini əhatə edir.

Miqrasiya

Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir. Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində Vahid Miqrasiya Məlumat elektron informasiya Sistemi (VMMS) yaradılmışdır. Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində fəaliyyət göstərən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduğu andan harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.

Səhiyyə

Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycan Elektron Səhiyyə Proqramı"nda iştirak edən BestComp Group şirkəti vətəndaşların elektron sağlamlıq kartlarının hazırlanmasını və 335 səhiyyə müəssisəsində - doğum evləri, uşaq poliklinikaları, xəstəxanaların pediatriya şöbələri, uşaq xəstəxanalarında müvafiq proqram təminatının tətbiqini həyata keçirib. Şirkətin təqdim etdiyi bu həll doğum evində anadan olan hər bir körpənin məlumatlarının müvafiq uşaq poliklinikasına avtomatik qaydada ötürülməsini təmin edir. Bu layihə respublikada həyata keçirilən e-hökümət proyektinin bir hissəsidir. Elektron sağlamlıq kartı körpələrin müayinə və müalicəsinin operativliyini təmin etməklə yanaşı, keyfiyyətcə yeni mərhələyə çıxmasına yardım göstərəcəkdir.

Neft və qaz sektoru

Bestcomp Group şirkəti BP, CCİC, Saipem, McDermott, Bectel, Salyan Oil, Nobel Oil, Exxon, Shlumberger, Caspian Geophysical, TPAO, Petrofac, Spie-Petrofac və sair neft və qaz şirkətləri, onların podratçıları ilə əməkdaşlıq etmiş və bir çoxları ilə indi də etməkdədir. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin əsas podratçısı olan CCİC-nin İKT sisteminin və kommunikasiya şəbəkəsinin layihələndirilməsi, təchizatı və icrasında, Saipem şirkətinin bərələrinin server sistemlərinin layihələndirilməsini və təchizatını həyata keçirmişdir.

Mədəniyyət sahəsi

Bestcomp Group tərəfindən həyata keçirilmiş texnologiyanın son nailiyyətlərini cəmləşdirən layihələrdən biri də elektron muzey konsepsiyasının tətbiqidir. Şirkət tərəfindən Nizami adına Ədəbiyyat Muzeyində həyata keçirilən bu konsepsiya sərgi zallarında nümayiş etdirilməyən, lakin muzeyin arxivində yer alan əsərləri interaktiv informasiya tabloları vasitəsilə tam şəkildə (mətn, şəkil təsviri, səsləndirmə və s.) ziyarətçilərə təqdim etməyə imkan verir.