Mətbuat Mərkəzi

Avropa Şurası Azərbaycanda məhkəmə-hüquq sisteminə tarixi qiymət verdi

 

Azərbaycanın qalib gəldiyi "Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab" layihəsi "BestComp Group" şirkəti tərəfindən yaradılan "AZEMİS" elektron məhkəmə informasiya sisteminin hesabat moduludur.



Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatı Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlara verilən ən yüksək tarixi qiymətdir.
Bununla da Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik ölkə kimi düşüb.
"Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır. Müsabiqə iki ildən bir keçirilir və Avropa Şurasının rəsmi saytından alınmış məlumata əsasən, cari il 37 layihə üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsabiqəyə təqdim olunub.

Ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın 4 ən qabaqcıl layihəsi Avropa Şurası tərəfindən mükafatlandırılıb. Avropa Şurası Münsiflər Heyətinin Paris şəhərində keçirilmiş iclasının qərarına əsasən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab" adlı layihə qalib gəlmiş 4 layihə sırasına daxil edilib.

 

Azərbaycanın təqdim etdiyi layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.

Azərbaycanın qalib gəldiyi "Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab" layihəsi "BestComp qrup" şirkəti tərəfindən yaradılan "AZEMİS" elektron məhkəmə informasiya sisteminin hesabat moduludur və əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir (İntellektual İdarəetmə). Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ analitik hesabatların elektron hazırlanmasını mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.

 

http://oxu.az/society/224839

 

http://marja.az/news/15372

 

https://haqqin.az/news/114872

 

https://apa.az/sosial_xeberler/174-avropa-surasi-azerbaycanda-mehkeme-huquq-sistemine-tarixi-qiymet-verib-2122.html

 

https://report.az/daxili-siyaset/avropa-surasi-azerbaycanda-mehkeme-huquq-sistemine-tarixi-qiymet-verib/