Mətbuat Mərkəzi

Bakcell Bestcomp Group şirkətinin yardımı ilə abunəçilər üçün innovasiyalı internet təkliflərini dəstəklənməsi məqsədilə Sandvine şirkətinin həllərini istifadə etməyə başlamışdır

 

Vaterloo, Ontario (Kanada) 1 dekabr 2015 /CNW/ - Sabit və mobil operatorlar üçün ağıllı genişzolaqlı şəbəkə həllərinin aparıcı təchizatçısı Sandvine şirkəti (TSX:SVC.TO - News) bu gün elan etdi ki, Azərbaycanın ilk və aparıcı mobil internet provayderi Bakcell, Bestcomp Group şirkətinin yardımı ilə, özünün LTE-Advanced və 3G şəbəkələrində innovasiyalı internet təkliflərini dəstəkləmək məqsədilə Sandvine şirkətinin PCRF, Service Delivery Engine (SDE), və PCEF, Policy Traffic Switch (PTS) Virtual Series həllərindən istifadə etməyə başlamışdır. Bakcell 2015-ci ilin may ayından Sandvine şirkətinin müştərisidir.


İlk olaraq müştərilərə müəyyən mobil tətbiqlərindən məhdudiyyətsiz istifadə paketlərindən faydalanmağa imkan verən məzmun və tətbiq əsaslı planlar təklif ediləcək(məs. WhatsApp, Facebook, Instagram və digərləri).  Əlavə olaraq, Bakcell bir neçə şəxslər yaxud qurğular üçün internet paketlərini paylaşmağa imkan verən ailə planlarını genişləndirəcəkdir. Sandvine OutReach məhsulu hər iki həll üçün Bakcell müştərilərinə öz internet istifadələrinə nəzarət etməyə və internet paketlərinə abunələrini idarə etməyə imkan verilməsində əsas rol oynayacaqdır.


Bakcell-in Azərbaycanda abunəçilərin internet bağlantısı imkanlarını təkmilləşdirəcək innovasiyalı internet təklifləri Sandvine şirkətinin biznes təhlil, gəlir yaratma və müştərilərlə iş həllərinin kombinasiyası ilə dəstəklənir. Bu həllər Sandvine şirkətinin PCRF və PCEF daxil edən universal, standartlara riayət edən şəbəkə siyasətinə nəzarət platforması üzərində qurulmuşdur. Bakcell həm Policy Traffic Switch (PTS) 24700, həm də standart avadanlıqda işləyən PTS Virtual Series həllərini istifadə edir. Sandvine şirkətinin özünəməxsusluğu özünü onun həm ənənəvi xüsusiləşdirilmiş avadanlıq əsaslı PTS-ə, həm də şəbəkədə eyni tələbatları dəstəkləyən PTS Virtual Series həllərinə malik olmasında göstərir.


Oktyabr ayında Sadvine şirkətinin Policy Traffic Switch (PTS) Virtual Series  həlli Şəbəkə Funksiyalarının Vizuallaşdırılması məhsuldarlıq sınağında (Network Functions Virtualization (NFV) performance benchmark) 1.1 Tbps keçid göstəricisinə nail olmuşdur. PTS Virtual Series  həllinin Bakcell tərəfindən yüksək sürətli LTE-Advanced şəbəkəsi üzərində quraşdırılması Sandvine şirkətinin Virtual Series həllinin istənilən həcmli operatorlar üçün virtuallaşdırılmış şəbəkə siyasətinə nəzarət təmin etməsinin kommersiya və texniki davamlılığını bird aha nümayiş etdirir.


Bakcell şirkətinin Baş texniki direktoru cənab Yigit Berktaşın sözlərinə görə, “Sandvine şirkətinin NFV üçün hazır, innovasiyalı həlləri yeni və innovasiyalı xidmət planlarının çevik tətbiqini, xidmət səviyyəsinin artırılmasını, müştəri təcrübəsinin yaxşılaşdırılmasını və abunəçi idarəetməsinin asanlaşdırılmasını dəstəkləməklə Bakcell-ə genişzolaqlı mobil internet bazarının çağırışlarını qarşılamağa kömək edir”.



SANDVİNE HAQQINDA

 

Sandvine şirkətinin şəbəkə siyasətinə nəzarət həlləri gəliri artıra və şəbəkə xərclərini azalda bilən xidmətləri dəstəkləmək üçün sabit, mobil və qarşıq rabitə xidmətləri təminatçılarınının şəbəkələrinə təhlil imkanını əlavə edir. Sandvine şirkətinin Policy Engine və SandScript siyasət dili ilə işləyən Sandvine şəbəkə avadanlığı trafikin təsnifatlaşdırılması, məlumat, nəzarət və biznes səviyyələrində siyasət qərarları və icraya nəzarət daxil olmaqla vahid siyasitə nəzarət funksiyalarını həyata keçirir. Sadvine məhsulları qəraq qəbuletmənin dəstəklənməsi üçün biznes təhlilini, abunəçinin İnternetdən istifadə təcrübəsini təkmilləşdirməklə yeni abunəçi xidmətlərini və trafik optimallaşdırılması üçün alətləri tətbiq etmək imkanını təmin edir.


Sandvine şirkətinin şəbəkə siyasətinə nəzarət həlləri 90-dan çox ölkədə fəaliyyət göstərən 250 artıq şəbəkələrdə tətbiq olunaraq yüzlərlə milyon internet istifadəçilərinə xidmət göstərir. www.sandvine.com.


https://ca.finance.yahoo.com/news/bakcell-deploys-sandvines-pcrf-pts-120000998.html