Mətbuat Mərkəzi

“Bakutel 2015” sərgisində Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminin təqdimatı

2 Dekabr 2015

 

Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində İKT-nin ədliyyə və məhkəmə sistemlərində tətbiqi üzrə davamlı işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 fevral 2014-cü il tarixdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncamdan sonra görülən işlər daha da intensivləşdirilib və Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə təqdirəlayiq ölçüdə böyük addımlar atılıb. Azərbaycan “Elektron məhkəmə” informasiya sisteminin (AZEMİS) ilkin versiyası hazırlanıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gədəbəy Rayon Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi, Gəncə şəhəri Ağır Cinayətlər Məhkəməsində tətbiqinə başlanıb.

Bakcell Bestcomp Group şirkətinin yardımı ilə abunəçilər üçün innovasiyalı internet təkliflərini dəstəklənməsi məqsədilə Sandvine şirkətinin həllərini istifadə etməyə başlamışdır

1 Dekabr 2015

 

Vaterloo, Ontario (Kanada) 1 dekabr 2015 /CNW/ - Sabit və mobil operatorlar üçün ağıllı genişzolaqlı şəbəkə həllərinin aparıcı təchizatçısı Sandvine şirkəti bu gün elan etdi ki, Azərbaycanın ilk və aparıcı mobil internet provayderi Bakcell, Bestcomp Group şirkətinin yardımı ilə, özünün LTE-Advanced və 3G şəbəkələrində innovasiyalı internet təkliflərini dəstəkləmək məqsədilə Sandvine şirkətinin PCRF, Service Delivery Engine (SDE), və PCEF, Policy Traffic Switch (PTS) Virtual Series həllərindən istifadə etməyə başlamışdır. Bakcell 2015-ci ilin may ayından Sandvine şirkətinin müştərisidir.