Xəbərlər

Sumaqayıtda İKT Festivalı


22-23 İyun 2010-cu il tarixlərində Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilmişdir. Adı çəkilən festivalda Bestcomp Group şirkəti də aktiv iştirak etmişdir.

Elektron təhsil Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, və Qafqaz Universiteti təşkilati dəstək göstəriblər. Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə Microsoft korporasiyası, Bestcomp Group şirkəti və Aztelekom İB-dir.

İki gün davam etmiş Festival çərçivəsində təşkil olunan seminarda “Xalq kompüteri” layihəsi, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “Azərbaycan təhsilinin informasiyalaşdırılması”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu” mövzuları geniş müzakirə olunub.

Festivalın ikinci günündə isə sərgi-yarmarkanın açılışı olub. “Kimyaçı” Mədəniyyət Sarayının foyesində təşkil olunmuş sərgidə müsabiqədə fərqlənmiş işlər və “Xalq Kompüteri” layihəsi çərçivəsində orta məktəb müəllimləri üçün nəzərdə tutulan kompüter modelləri nümayiş olunmuşdur.