Xəbərlər

3G texnologiyası ilə Yeni Acer Netbuku


 

"Bestel" şirkəti dünyada kompüterlərin aparıcı istehsalçısı "Acer Computers" və mobil rabitə bazarının lideri Azercell şirkəti ilə yeni birgə kampaniyanın başlanmasını elan edir.

 

08 İyun 2010-cu il tarixdən başlayaraq, istənilən şəxs "Bestel" dükanlar şəbəkəsində Acer Aspire One 532h* yeni nəsil netbuklarını cəmi 429 manata əldə edə bilər.

 

Təklif olunan netbukun fərqləndirici xüsusiyyəti internetə yüksək sürətli çıxışı təmin edən 3G texnologiyasının istifadə edilməsindən ibarətdir.

 

Acer Aspire One 532h netbukunun sahibi sadə simkart vasitəsilə qlobal şəbəkəyə istənilən yerdə və istənilən zaman qoşulmaq imkanına malik olacaq. "Bestel" şirkəti AzerCell şirkətinin dəstəyi ilə öz müştərilərinə həmin çıxışı 1 il ərzində **** pulsuz təmin edəcək.

 

Netbuku, həmçinin, alıcıya qarşı minimal tələblər irəli sürülməklə - yalnız şəxsiyyət vəsiqəsinin təqdim edilməsi əsasında kredit hesabına əldə etmək mümkündür.

 

Bundan əlavə, bizim xüsusi təklifimiz var: incə zövqlü müştərilər üçün Ferrari One netbuku.

 

Həmin netbukun potensial alıcıları, Ferrari One netbukunun nəzərəçarpan zahiri görünüşünü nəzərə alaraq, ilk növbədə imic həllini axtaran insanlardır. Təbii ki, onlara, həmçinin, portativ, lakin eyni zamanda güclü və internetə yüksək sürətli mobil çıxış üçün 3G texnologiyasına malik olan netbuk təqdim olunur.

 

Acer Aspire One 532h netbuku üzrə təklifdə olduğu kimi, Ferrari One netbukunun alıcısına AzerCell şirkəti 1 il ərzində *** internetə pulsuz çıxış təmin edəcək.


 

* Acer Aspire One 532h

 

Atom N450 1.6 GHz - prosessor, 10.1" LED CrystalBrite maye kristallı display, 1 GB RAM, 160GB Sərt Disk, 5-in-1 Kard Rider, 6 sell batareyası, 0.3DV Crystal Eye Camera, 3G, Bluetooth, Wi-Fi 802.11bg, Windows XP, 1 illik zəmanət


 

** Ferrari One

 

AMD Athlon 64 X2 iki nüvəli prosessor L310, 11.6" CrystalBrite maye kristallı display, 3 GB RAM, 320GB Sərt Disk, 6 sell batareyası, 0.3DV Crystal Eye Camera, 3G, Bluetooth, Wi-Fi 802.11bg, 5-in-1 Kard Rider, 1 illik zəmanət


 

***Hər ay 100 MB