Xəbərlər

Winsure.Net - Tam Sığorta İdarəetmə İnformasiya Sistemi


Bestcomp Group və SFS şirkətləri tərəfindən 22 Dekabr tarixində Hyatt Regency mehmanxanasında Azərbaycan sığorta sektoru üçün hazırlanan Winsure.Net tam sığorta idarəetmə informasiya sisteminin təqdimatı keçirildi. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Maliyyə Nazirlyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Qafar Məcidov, Standard Insurance şirkətinin idarə heyəti sədrinin 1-ci müavini Aydın Rəhmanov, SFS şirkətinin direktorlar şurasının sədri Ercan Turfan, Bestcomp Group şirkətinin baş müdiri Rauf Həsənov çıxış etdilər. Çıxış edənlər sığorta şirkətlərinin avtomatlaşdırılmasının çox böyük əhəmiyyət daşıdığını, sığorta idarəetmə informasiya sistemlərinin şirkətlərdə məhsuldarlığı, satışı və sığorta daxilolmalarını artırdığı, idarəetməni asanlaşdırdığını qeyd etdilər.
Daha sonra SFS şirkətinin baş müdiri Hakan Yurdakul son texnologiya ilə hazırlanmış, web əsaslı bir struktura sahib Winsure.Net sığorta idarəetmə informasiya sistemini təqdim etdi.


Winsure.Net Azərbaycanda Standard İnsurance şirkəti tərəfindən, Türkiyədə fəaliyyət göstərən yerli və beynəlxalq bir çox sığorta şirkətləri tərəfindən istifadə olunan, Almaniyada və Türkiyədə fəaliyyət göstərən universitetlər tərəfindən dərs vəsaiti olaraq seçilmiş strateji sığortacılıq sistemidir.