Xəbərlər

Dünya əyləncə industriyasının məşhur nümunəsi HP Pavilion noutbuku artıq Azərbaycanda


 

İş və multimedia əyləncələri üçün ideal alət olan və şəxsi əyləncə mərkəzi hesab edilən güclü və çoxfunksional HP Pavilion artıq Azərbaycandadır!


Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group Zaqafqaziyada ilk olaraq Azərbaycanda HP -nin Pavilion model xəttinin rəsmi topdan və pərakəndə satışını təqdim edir.


1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir.


HP Pavilion dv-6 seriyası qeyri-adi effektli xarici görünüşü ilə seçilir. Kompüterin qapağı HP İmprint texnologiyasının tətbiqi ilə yaradılıb. Bu isə cəsarətli dizayn ideyalarının həyata keçirilməsinə imkan yaratmaqla yanaşı kompüterin üz hissəsini müxtəlif zədələrə qarşı dözümlülüyünü təmin edib. Bu noutbuk hamar konturlarıyla, bütün dekorativ və funksional detallarının düşünülmüş dizaynı və qapaq şəklinin qeyri-adiliyi ilə diqqəti dərhal cəlb edir.


Bestcomp Group Azərbaycan bazarında HP Pavilion noutbuklarını ilk olaraq dv-6 seriyasının iki modeli ilə təmsil edir:


- HP Pavilion dv-6 2150er modeli Intel® CoreTM i5 prosessoruna və NVIDIA® GeForce® GT 230M qrafik nəzarət sisteminə malikdir. Noutbukun 2815 MB qədər ümumi qrafik yaddaşı və 1 QB qədər ayrılmış DDR3 yaddaşı var. Noutbukun sərt diskinin həcmi 500 QB, operativ DDR3 yaddaşı isə 4 QB-dir.


- HP Pavilion dv-6 2145er modeli Intel® CoreTM i3 prosessoruna, NVIDIA® GeForce® G 105M video kartına sahibdir. Noutbukun 1790 МB-a qədər ümumi qrafik yaddaşı və 512 MB ayrılmış DDR3 yaddaşı və 3QB operativ DDR3 yaddaşı var.


Bestcomp Group-un tərkibində HP Pavilion noutbukunun avtorizə edilmiş servis mərkəzi fəaliyyət göstərir.