Xəbərlər

Bestcomp Group-un elektron hökumət layihələri: nailiyyətlər və problemlər


 

YükləBestcomp şirkəti 26-28 aprel 2010-cu il tarixində Azərbaycan Texniki Universitetində "Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Şirkəti konfransda baş müdür R. Həsənov, S. Həbibullayev və X. İbadullayev təmsil etmişdirlər.

Konfransın məqsədi informasiya texnologiyaları sahəsində alınmış elmi nəticələri ümumiləşdirmək, ölkədə "elektron hökümət" formalaşdırılması prosesində elmi texniki ictimaiyyətin iştirakını genişləndirməkdir.

Konfransda çixiş edən Sadiq Həbibullayev Bestcomp Group şirkətinin 15 ildən artıqdır layihə həlləri, telekommunikasiya, şəbəkələrin qurulması, distribusiya və pərakəndə satış sahələrində fəaliyyət göstərməsi və Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biri olması barədə iştirakçılara məlumat vermişdir. Sistem inteqratoru olan Bestcomp Group-un təklif etdiyi həllər optimallığı ilə fərqlənir və bu xüsusiyyətlə şirkətin müxtəlif iri layihələrin və mühüm e-hökumət layihələrinin həyata keçirilməsində müvəffəqiyyətlə iştirakını təmin edir.

Elektron hökumət dövlət tərəfindən vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin səviyyəsini artırmaq üçün elektron vasitələrdən istifadə edilməsidir. E-hökumətin yaradılması istiqamətində dövlət qurumları tərəfindən bir sıra layihələr həyata keçirilib.

Öz növbəsində Bestcomp Group şirkətinin elektron-hökumətin yaradılması istiqamətində həyata keçirdiyi Elektron Səhiyyə(bProMed), Vahid Miqrasiya Məlumat Sistemi (VMMS), Elektron Sənəd Dövriyyəsi Sistemi (bProDoc), Xalq Kompüteri layihələri haqqında geniş informasiya verilmişdir.