Xəbərlər

Bestcomp Group İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsinə sponsorluq etdi


 

Bakı beşinci ildir ki, öz qapılarını qonaqpərvərcəsinə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının Beynəlxalq müsabiqəsi iştirakçıları üçün açır.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında islam ölkələrindən gənc klassik musiqi ifaçılarının (20 yaşadək) beynəlxalq festival-müsabiqəsi başlayıb.

 

Bu ənənə halını almış festival ISESCO və Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı və Bestcomp Group şirkətinin tərəfdaşlığı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilir.

 

Təşkilat Komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə tədbiri açaraq müsabiqənin şərtlərindən danışıb. Bildirib ki, qaliblər üçün Qran-pri, 14 nominasiya üzrə mükafatlar, habelə ən balaca ifaçılar üçün həvəsləndirici mükafatlar, Azərbaycan bəstəkarlarının əsərlərınin ifasına görə 2 mükafat nəzərdə tutulub.