Xəbərlər

Bestcomp Group “Bakutel 2015” sərgisində iştirak edib


Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - 21-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel 2015” sərgisinin açılışı olub. Sərginin açılış mərasimində Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Ramil Quluzadə çıxış edib və “BakuTel” sərgisinə böyük maraq olduğunu qeyd edib.


Hər il olduğu kimi, bu il də Bestcomp Group firması Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində iştirak edərək, ədliyyə sistemi və məhkəmələr üçün özünün işləyib hazırladığı aşağıdakı məhsulları nümayiş etdirmişdir. Ədliyyə  Nazirliyinin Elektron Ədliyyə və Elektron Məhkəmə layihələrində tətbiq olunan:


 

·         bProCMS – Məhkəmə işlərinin elektron idarəetmə sistemi. Məhkəmələrə daxil olan işlərin elektron qeydiyyatı, işlərin hakimlər arasında müəyyən alqoritmə uyğun avtomatik paylanması, iclasların təyin edilməsi, məhkəmə qərarlarının çıxarılması, bildirişlərin tərəflərə SMS vasitəsilə göndərilməsi, sənədlərin avtomatik generasiyası, məhkəmə işləri və tərəflər barəsində məlumatların monitorlar və kiosklarda avtomatik dərc olunması, statistik və analitik hesabatlaın alınması və s. imkanlara malikdir.

·         bProRec –İclaslarının mətn, audio və video rejimində protokollaşdırılması sistemi. Bu sistem xüsusi avadanlıq və proqram təminatından ibarətdir. Məhkəmə iclaslarının mətn, audio və video yazılarının aparılması, iştirakçılara aid informasiyanın fərqli kanallarla yazılaraq arxivlənməsi üçün istifadə olunur. Məhkəmə işlərinin elektron idarəetmə sistemi ilə sıx inteqrasiya olunub. bProRec sisteminin elektron avadanlığı firmanın mütəxəssisləri tərəfindən Azərbaycanda istehsal olunmuşdur.

·         bProDoc – Elektron sənəd dövriyyəsi sistemi. Təşkilata daxil olan sənədlərin elektron qeydiyyatı, icraçılar arasında paylanması, sənədlərin icrası, icraya nəzarət, hesabatların alınması və s. imkanlara malikdir.

·         bProLib – Elektron kitabxana sistemi. İstifadəçilərin qeydiyyatı, onların səlahiyyətlərinin təyin edilməsi, kitabların və digər resursların əlavə edilməsi, onların bron edilməsi, götürülməsi və qaytarılması, bildirişlərin göndərilməsi, resursların qiymətləndirilməsi, daxili yazışma (forum) imkanı, resursların kataloqlaşdırılması, hesabatların alınması və s. imkanlara malikdir.

·         bProYVMR – Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri - yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. Bütün yoxlayıcı orqanlar yoxlamadan öncə reyestrdə qeydiyyat aparmalıdır. Yoxlamalar reyestrdə qeydiyyata alınmadan keçirilə bilməz. Hər bir sahibkar 1650 SMS xidməti vasitəsilə yoxlamanın qeydiyyata alınması haqqında məlumat əldə bilər və reyesrtdə qeydiyyata alınmayan yoxlamanın keçirilməsindən imtina edə bilər.

 

Bundan əlavə olaraq Bestcomp Group firması öz məhsulları ilə yanaşı, partnyorluq etdiyi şirkətlərin məhsullarını da sərgi iştirakçılarına təqdim etmişdir.  Stenddə F5 şirkətinin informasiya təhlükəsizliyi sistemlərinin, Mitel şirkətinin telekommunikasiya sistemlərinin təqdimatı keçirilmişdir.