Xəbərlər

Bestcomp Group “ITU Telecom World – 2015” Beynəlxalq sərgisində


12-15 oktyabr 2015-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində “ITU Telecom World – 2015” beynəlxalq sərgisi keçirilmişdir. Azərbaycanın İKT nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan “Bestcomp Group” sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim etmişdir.

 

“ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya Sərgi-konfransının açılış mərasimindən sonra təşkil olunan “VIP Tur” zamanı Macarıstanın baş naziri və ali qonaqlar ilk olaraq Azərbaycanın Milli İKT Pavilyonu, daha sonra isə digər ölkələrin pavilyonları ilə yaxından tanış olublar.