Xəbərlər

Bestcomp Group “Cebit 2015” sərgisində iştirak edir


Bu günlərdə Almaniyanın Hannover şəhərində “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisi keçirilmişdir.



 

Martın 16-dan öz işinə başlayan sərgi ayın 20-ə kimi davam edib. Sərgidə Azərbaycan milli pavilyonu çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət, o cümlədən Bestcomp Group iştirak etmişdir.

Azərbaycan nümayəndə heyətinə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov rəhbərlik edib.

Sərgi iştirakçıları arasında Azərbaycanın təqdim etdiyi pavilyona xüsusi maraq göstərilib.

 

Qeyd edək ki, sərgi çərçivəsində RYTN-in əməkdaşları bir sıra iri şirkətlərin nümayəndələri və xarici Data mərkəzlərin üzvləri ilə görüşlər keçirib və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycanın İKT sektorunu sərgidə təmsil edən şirkətlər arasında olan Bestcomp Group firması milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini ən yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim etmişdir.