Xəbərlər

Azərbaycanda Acer şirkətinin dəstəyi ilə «Şagird kompüteri» layihəsi həyata keçirilir.


Dünyanın lider korporasiyalarından biri olan Acer Group, illik dövrüyyəsi 12,5 milyard ABŞ dolları təşkil etməklə, MDB bazarında İKT sahəsində mövqelərini möhkəmləndirməkdə davam edir. Bu gün  Acer Group şirkətinə dörd brend – xüsusilə, Acer, eləcə də,  Packard Bell, Gateway və eMachines məxsusdur. Acer kompüterləri və noutbukları müxətəlif istifadəçilər üçün nəzərdə tutulur və korporasiyanın  portfoliosunda geniş kütlələr üçün münasib modellər olduğu kimi mükafata layiq qurğular da mövcuddur. Gözəl keyfiyyəti ilə fərqlənən noutbuklar bazarda layiqli populyarlıq qazanmışdır.

Acer Group dünyada personal kompyüter istehsal edən ən iri istehsalçıların beşliyinə stabil qaydada daxildir. Satışların həcminə görə  Acer törəmə şirkətləri ilə Latın Amerikasının və Asiyanın kompüter bazarlarında lider mövqeyini qoruyub saxlayaraq ABŞ-da, Avropada və MDB – də aparıcı kompyüter şirkətlərindən biri hesab olunur.  Şirkət müasir tendensiyaları nəzərə alaraq bazarda ən mükəmməl və yüksək texnologiyalı yeni modelləri təqdim edir. Onların arasında adət etdiyimiz kompüterlərdən və noutbuklardan, proyektorlardan, monitorlardan  savayı ultrabuklar, “2 – si 1 – də” transformerləri, smartfonlar, eləcə də,  Windows 8.1 və  Android  kimi populyar platformalarda işləyən planşetlər vardır.

Acer korporasiyası tərəfdaşları ilə müştərək şəkildə səhiyyə, təhsil sahəsində, dövlət və bank sektorunda çoxlu sayda layihələri həyata keçirmişdir.

Bu gün, Azərbaycanın İT bazarında lider mövqelərdən birini tutan  Acer korporasiyası regionda ən iri tərəfdaşı olan  BestComp Grouр ilə müştərək şəkildə «Şagird kompüteri» adlı yeni layihəni Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi ilə birgə və Microsoft korporasiyasının dəstəyi ilə  həyata keçirir.

Bu gün tədris prosesinin böyük hissəsinin şagirdin  İT savadının artırılması ətrafında qurulduğunu, tələbə və ya məktəbli üçün noutbukun məruzəyə aparılmaq, tədris materialını çap etmək və ya təqdimat üçün  internetdən lazımi faylları yükləmək üçün zəruri olduğunu  nəzərə almaq lazımdır.  İndi münasib modelin seçimi çətinlik yaratmır, belə ki,  «Şagird kompüteri» layihəsinin çərçivələri daxilində müasir noutbukların 6 modeli təqdim olunmuş, bu modellər də,  lisenziyalı  Microsoft şirkətindən  Windows 8.1 Pro proqramı,  Microsoft Office 2013 Pro ofis proqramı, eləcə də,   DR.WEB antivirus proqramı ilə təchiz olunmuşdur. Bu noutbuklar həddindən artıq sərfəli şəraitdə və kreditlə təklif olunur.

 

Sözsüz olaraq bu layihə məktəblilərin müasir kompüterlər ilə təchizatına öz dəyərli töhfəsini verəcəkdir.