Xəbərlər

Bestcomp Group “ITU Telecom World – 2014” beynəlxalq sərgisində


7-10 dekabr 2014-cü il tarixləri arasında Qətərin Doha şəhərində “ITU Telecom World – 2014” ümumdünya telekommunikasiya sərgisi keçirilmişdir. Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

“ITU Telecom World 2014”-də Azərbaycanın 40-a yaxın yerli şirkətinin təmsil olunduğu xüsusi stend fəaliyyət göstərir. BTİ-nin, Qətərin və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar. Nazir Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.

 

Azərbaycanın İKT sektorunu sərgidə təmsil edən şirkətlər arasında olan Bestcomp Group milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini ən yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim etmişdir.