Xəbərlər

Bestcomp Group şirkəti "Bakutel-2014" sərgisində


Bestcomp Group şirkəti "Bakutel-2014" sərgisində iştirak edərək sistemlər inteqrasiyası sahəsində əldə etdiyi son nailiyyətləri təqdim etdi. Şirkətin bu ilki sərgidə təqdimatının mövzusu HP və F5 şirkətlərinin informasiya təhlükəsizliyi sistemləri və HP Autonomy oldu.

 

 

Ziyarətçilərə məlumat verildi ki, "HP Autonomy" əsas intellektual mülkiyyəti - "Intelligent Data Operating Layer (IDOL)" - özünün əsas kütləsində strukturlaşdırılmayan informasiyanın çox böyük həcmlərindən qiymətli məlumatların çıxarılmasına imkan verir.

"IDOL"-dan istifadə təşkilatlara bu informasiya massivlərində müəyyənləşən və onların fəaliyyətinin daha uğurlu olmasına şərait yaradan kontekst və mənanı aşkar etməyə imkan verir.

 

"Autonomy" Proqram Təminatı "HP"-nin portfelini təşkil edən və informasiyanın idarə edilməsindən başlayaraq, veb-kontentin idarə edilməsi, rəqəmsal marketinq, korporativ kontentin idarə edilməsi və tamamlanmış reallığa qədər məsələləri həll edən müxtəlif məhsullara tədricən tətbiq edilir.

 

Sərgidə təqdim edildi ki, F5 informasiya təhlükəsizliyi sistemləri bir çox sahələrdə, hal-hazırda Azərbaycanda, telekom operatorlarda, dövlət strukturlarında tətbiq edilir.

 

Daha sonra məlumat verildi ki, şirkət Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif İKT layihələrinin icrasında iştirak edir. Sistem inteqratoru olan "Bestcomp Group"un təklif etdiyi həllər optimallığı ilə fərqlənir. Bu xüsusiyyətlər şirkətin müxtəlif iri layihələrdə müvəffəqiyyətlə iştirakını təmin edir.

 

Bakutel sərgisində ziyarətçilərin şirkətin xidmətləri ilə yanaşı onun digər layihələrdə yaxından iştirak etməsi də marağa səbəb olub. Şirkətin əməkdaşları ziyarətçilərin bu istiqamətdə olan maraqlarını nəzərə alaraq məlumat verdilər ki, "Bestcomp Group" şirkəti Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkəti tərəfindən birgə həyata keçirilən, 25000-dən çox müəllim və şağirdlərin kompüter dəstləri ilə təmin edildiyi "XALQ KOMPÜTERİ" layihəsinin operatorudur.


Bestcomp Group-un əsas üstünlüklərdən biri də onun Azərbaycanda ABŞ-ın HP, DELL, Microsoft, Eaton, TrippLite, HİD, Almaniyanın Kindermann, Fransanın Schneider Electric, Gemalto, Port Designs, Tayvanın ACER, Sapphire, Türkiyənin ARTronic, Karel, Mirsan şirkətlərinin avtorizə edilmiş distribüteri, Oracle, Canon, Toshiba, Polycom, Symantec, F5, Citrix, Thales, Vmware, Mitel (AASTRA), Qnap, Dr.Web şirkətlərinin biznes tərəfdaşı olmasıdır.