Xəbərlər

“CeBIT Bilişim Avrasiya 2014”


İstanbulda “CeBIT Bilişim Avrasiya 2014” beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilib.  Dünyanın ən iri informasiya texnologiyaları sərgilərindən biri hesab olunan CeBIT ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İnformasiya Texnologiyaları sahəsində ən son yeniliklər nümayiş etdirilir. Sözügedən tədbir, təkcə Avropada deyil, ümumiyyətlə bütün dünyada İKT sektorunu geniş şəkildə işıqlandıran forumdur. Hər il burada bir araya gələn müxtəlif peşə sahibləri, alim və mütəxəssislər, biznesmenlər dinamik inkişaf edən texnologiyalar sahəsində öz bilik və bacarığı ilə bölüşür, fikir mübadiləsi aparırlar.

 

 Bu il keçirilən “CeBIT” in sayca 15-ci sərgisində Azərbaycan, Çin, Polşa, Bolqarıstan, Almaniya və s. daxil olmaqla 18 ölkədən 705 qurum təmsil olunur.

 

Sərgidə qurulmuş Azərbaycan milli pavilyonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  rəhbərliyi altında,  Bestcomp Group  daxil olmaqla 16 qurum təmsil olunmuşdur.

 

 

Ənənəvi olaraq Bestcomp Group sərgidə öz məhsul, həllər və nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni nəsil texnologiyalarla tanış olmaq və dünyanın aparıcı İKT şirkətləri ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək imkanı əldə etmişdir.