Xəbərlər

Bestcomp Group “İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsi”nə sponsorluq etdi


Aprelin 23-dən 26-dək ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi Zərifə Alxazova violin ixtisası üzrə Gran-Pri mükafatına layiq görülüb. Məktəbin VIII sinif şagirdi Elarə Əliyeva fortepiano üzrə II yerə, hər ikisi violin ixtisası olmaqla IX sinif şagirdi Cəmilə Əsgərzadə II yerə, VII sinif şagirdi Əsədova Ləman III yerə layiq görülərək laureat adını qazanıblar.

 

Musiqi festivalında Turkiyə, Mərakeş, Küveyt, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, Indoneziya və Azərbaycan nümayəndələri iştirak edib. İfaçılar 2 yaş qrupu - 15 yaşadək və 15-20 yaşarası qruplar üzrə yarışıblar. 


 

Qaliblər Bestcomp Group şirkəti tərəfindən təqdim olunan dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.