Xəbərlər

Bestcomp Group «Связь-Экспокомм-2014» sərgisində İT həllərini nümayiş etdirmişdir


Mayın 13-dən 16-dək Rusiyanın paytaxtı Moskva şəhərində telekommunikasiya avadanlığı, nəzarət sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə  26-cı beynəlxalq “Svyaz-Ekspokomm 2014” sərgisi keçirilmişdir.

“Svyaz-Ekspokomm” sərgisi on illiklər boyu Rusiya Federasiyası, MDB və Şərqi Avropa ölkələrinin telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən əlamətdar hadisədir. Yeni avadanlıq, texnologiya və ya xidmət təqdim etmək, yeni biznes əlaqələri üçün münbit məkan olan bu sərgi həmçinin müasir həyatın müxtəlif sahələrində innovativ və rabitə texnologiyalarının tətbiq imkanlarını nümayiş etdirir.

Sərginin ümumi sahəsi 25 000 kv m. olmaqla, sərgidə 24 ölkədən, 500 – dən artıq şirkət iştirak etmişdir.

 

Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biri olan Bestcomp Group şirkəti də Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında təmsil olunan nümayəndə heyəti tərkibində sərgidə iştirak etmiş, şirkətə məxsus olan İT həllər və məhsullarını geniş miqyasda sərgi iştirakçılarına təqdim etmişdir.