Xəbərlər

BestComp Group DELL şirkətinin Azərbaycanda rəsmi distibütor statusunu aldı


Azərbaycanın və Cənubi Qafqazın  İKT sahəsində liderlik mövqeyini daim yeniliklərlə qoruyub saxlayan Bestcomp Group  fəaliyyət sahəsini daim genişləndirməkdədir.

2014-cü ilin may ayından etibarən Bestcomp Group dünyanın lider şirkətlərindən biri olan ABŞ-ın  DELL korporasiyasının  Azərbaycan üzrə distribütorluq statusunu qazanmışdır.

 

DELL şirkəti 1984-cü ildə təsis olunub və hazırda kompüter sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.