Xəbərlər

“İlin sistem inteqratoru” mükafatı


Bestcomp Group şirkəti dünyanın aparıcı şirkətlərindən biri,  səs - rabitə həlləri, videokonfrans sistemi istahsalçısı olan Polycom şirkəti tərəfindən göstərdiyi xidmət və əldə etdiyi nailiyyəylərinə görə “İlin sistem inteqrator”u mükafatına layiq görülmüşdür.

 

Bestcomp Group şirkəti Polycom avadanlığının istifadəsi ilə mürəkkəb inteqrasiya layihələrinin həyata keçirilməsində geniş praktik təcrübəyə malikdir. Bu həllərin uğurlu inkişafına və yüksək satış səviyyəsinə təsir göstərən amillərdən biri şirkətin nüfuzlu səriştə və ixtisaslaşma səviyyəsinə malik olması, müştərilərin müsbət rəyləri, həmçinin mütəmadi həyata keçirilən birgə marketinq fəaliyyətləridir.