Xəbərlər

Bestcomp Group Hannoverdə keçirilmiş “CeBİT - 2014" sərgisində iştirak etmişdir


Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti, o cümlədən Bestcomp Group şirkəti, martın  10-dan - 14-dək Almaniyanın  Hannover şəhərində keçirilmiş "CeBİT - 2014" - Beynəlxalq İnformasiya Texnologiyaları sərgi və konfransında iştirak etmişdir.

Burada respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayiş etdirilmişdir. 

Dövlət sektorundan başqa pavilyonda ölkənin özəl informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin də nailiyyətləri əks olunmuşdur. 

Bestcomp Group bu sərgidə əldə etdiyi nailiyyətlərlə çıxış etmiş və şirkətin dövlət və özəl sektor üçün hazırlanmış həllərini təqdim etmişdir.