Xəbərlər

Bestcomp Group Bakutel 2013 sərgisində


 

 Bestcomp Group şirkəti 2-5 dekabr 2013-cü il tarixlərində 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmişdir. Bu il Azərbaycanda “İKT ili”nə həsr olunan “Bakutel – 2013” sərgisi dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirmişdir.

Tədbirin birinci günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət etdi. Cənab Prezident bütün zallara daxil olaraq həm yerli, həm də aparıcı xarici şirkətlərin stendləri ilə tanış oldu.

Sərgidə 4 iş günü ərzində xarici və yerli şirkətlər telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri təqdim etmişdilər.

Ənənəvi olaraq Bestcomp Group şirkəti də bu sərgidə iştirak etmiş və əldə etdiyi son nailiyyətləri təqdim etmişdir. 

 

Bu il Bakutel-2013 sərgisisndə Bestcomp Group HP şirkətinin “Autonomy” proqramı ilə çıxış etmişdir.

 

HP Autonomy-nin  əsas  intellektual  mülkiyyəti -  Intelligent Data Operating Layer (IDOL) -  özünün əsas  kütləsində   strukturlaşdırılmayan  informasiyanın   çox  böyük  həcmlərindən   qiymətli   məlumatların   çıxarılmasına   imkan  verir.

 

 

Autonomy Proqram Təminatı  HP–n portfelini  təşkil edən  və informasiyanın  idarə  edilməsindən  başlayaraq,  veb- kontentin  idarə  edilməsi,  rəqəmli  marketinq, korporativ   kontentin  idarə  edilməsi  və tamamlanmış  reallığa  qədər    məsələləri  həll  edən   müxtəlif   məhsullara  tədricən   tətbiq  edilir.

 

Bundan əlavə olaraq, şirkətin stendində dünyanın aparıcı şirkətlərindən biri olan APC Schneider şirkətinin məhsulları əhaliyə təqdim edilmişdir.