Xəbərlər

BestComp Group şirkəti “Yenilikçi gənclərin Respublika forumu”nun sponsoru oldu


 

 

2013-cü ilin fevral ayının 23-də Qafqaz Oteldə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi “Yenilikçi gənclərin Respublika Forumu” baş tutdu. Forumun əsas məqsədi gənc alimlərin, ixtiraçıların, səmərələşdiricilərin təkliflərini, ideyalarını, ümumiyyətlə yenilikçi fikirləri ilə diqqəti cəlb edən hər gənci bir yerə toplamaqdır. Həmçinin, bu gənclərin müzakirəsini, gələcəkdə istehsalata tətbiqini və mübadilə şəraitinin yaradılmasını təmin etmək, bir sözlə innovasiyalı cəmiyyətin qurulmasında gənclərin aktivliyinin daha da sürətləndirilməsi forumun əsas hədəflərindəndir. İnformasiya və Kommunikasiya Texnologiyaları ilində baş tutan altı aylıq bu layihədə “BestComp Group” şirkəti tərəfdaş kimi iştirak etdi. Nominantlar təşkilat komitəsi tərəfindən təsis edilmiş diplomlarla təltif olunmaqla yanaşı, həm də “BestComp Group” şirkətinin müxtəlif hədiyyələri ilə mükafatlandırılmışlar.