Xəbərlər

BestComp Group - Aastra şirkətinin "Avtorizə olunmuş Reseller" sertifikatına layiq görülüb


 

13 fevral 2013-cü il tarixində Aastra şirkəti öz partnyorları ilə görüş keçirmişdir.  Tədbirdə Aastra şirkətinin 40-dan çox avtorizə olunmuş partnyoru, şirkətin Rusiyada və MDB ölkələrindəki  resellerləri iştirak etmişdirlər. Sessiya zamanı Aastra şirkətinin 2012-ci il ərzində qazandığı uğurlarından və 2013-2014-cü illər üçün nəzərdə tutulmuş planlarından bəhs olunmuşdur.


Daha sonra 2012-ci ilin nəticələrinə əsasən Aastra şirkəti öz partnyorları və resellerlərini "Ən yaxşı distribyutor", "Həllər üzrə ən yaxşı partnyor" və s. nominasiyaları ilə mükafatlandırmışdır.


"BestComp Group" şirkəti ona verilmiş səlahiyyətləri ən yaxşı şəkildə icra etdiyinə görə Aastra tərəfindən "Avtorizə olunmuş Reseller" sertifikatına layiq görülmüşdür.