Xəbərlər

«Dr.Web-in böyük ürəyi» aksiyası


«Dr.Web-in böyük ürəyi» aksiyası: bütün istifadəçilərə – sevgilərlə!

Hər il qışın sonu və yazın başlanğıcı, 14 fevral, 23 fevral və 8 Mart bayramları ilə daha maraqlı keçir.


Bu bayramların ərəfəsində «Doktor Web - Mərkəzi Asiya» şirkəti «Dr.Web-in böyük ürəyi» adlı aksiyasına start verir.

Aksiya 14 fevral-8 mart 2013 il tarixlərində qüvvədədir.

Bütün aksiya iştirakçılarına mobil telefonlar, smartfonlar və planşetlərin viruslardan müdafiəsi üçün 6 ay müddətinə Dr.Web Mobile Security Suite üçün 2(iki) lisenziya seriya nömrəsi HƏDİYYƏ olunur. Bunun üçün iştirakçıların saytın müvafiq səhifəsinə daxil olaraq özlərinin və sevdikləri insanın e-poçt ünvanlarını qeyd etmələri kifayətdir. Hədiyyə lisenziya seriya nömrələri qeyd olunan e-poçt ünvanlarına göndərilir.

Dr.Web Mobile Security Suite mobil telefonlar, smartfonlar və planşetlərin müdafiəsi üçün özündə üç proqram məhsulunu cəmləyir - Android OS üçün Dr. Web, Windows Mobile üçün Dr.Web və Symbian OS üçün Dr.Web. Bir lisenziyalı açar faylı vasitəsilə bu məhsulların hər hansı birinin aktivləşdirilməsi mümkündür.

Aksiyanın iştirakçısı olun – sevdiklərinizə hədiyyə və təhlükəsizlik bəxş edin!