Xəbərlər

“Xalq Kompüteri” layihəsinin istifadəçilərinin sayı 20 min nəfəri keçdi


 

20 dekabrda JW Marriott Abşeron Bakı Mehmanxanasında “Xalq kompüteri” Layihəsinə həsr edilmiş mətbuat konfransı keçirildi.

Layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir.

Layihənin əsas məqsədi – əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə “rəqəmli fərqliliyin” aradan qaldırmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyəti və “elektron hökumət”-in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir.

“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə etmişlər.

Layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25% - dən 40% - ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə təqdim edilir.

Konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin  inkişafi şöbəsinin müdürü İsbəndiyar Əliyev, Təhsil Nazirliyinin Təhsilin İdarə Edilməsi Məlumat Sistemi (TİMS) şöbəsinin müdiri İsmayıl Sadiqov, Microsoft Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, HP Azərbaycanın fərdi və çap sistemlər qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı və BestComp Group şirkətinin baş meneceri Rauf Həsənov iştirak etmişdir.

Mətbuat konfransı zamanı “Xalq kompüteri” Layihəsinin 2012-ci il üzrə nəticələri təqdim edildi.

Artıq “Xalq kompüteri” Layihəsi çərçivəsində 20 mindən çox şəxs fərdi  kompüter və noutbuklar əldə etmişdir.

Layihə çərçivəsində 20000-ci kompüterin alıcısı Naxçıvan Muxtar Respublikasının sakini Cəfərov Ruslan Fərəməz oğlu olmuşdur. Yubiley alıcıya onun əldə etdiyi portativ kompüter pulsuz təqdim edilmişdir. Həmçinin 19999-cu və 20001-ci fərdi kompüter alıcılarına da hədiyyələr təqdim edildi.

Ümumilikdə Layihə başlayandan (2009-cu ilin Aprel ayı) bu günə qədər layihəyə 13 milyon manatdan çox vəsait yatırılmışdır ki, onun 3 milyon manatı 2012-ci ildə həyata keçirilmişdir.

Kompüterlərin 16% - i Bakıda, 13.3% - i Naxçıvan Muxtar Respublikasında, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə edilmişdir. Layihə çərçivəsində əldə edilən kompüterlərin 90 faizindən çoxu portativ texnikanın payına düşür.

İstifadəçilər öz istəyi ilə  əlavə olaraq DrWEB anti-virus proqram təminatı, ADSL modemləri və Azercell mobil rabitə operatorunun DATA-kartı da əldə edə bilərlər.

http://az.apa.az/news/282673

 

http://www.trend.az/capital/it/2101212.html

 

http://infocity.az/index.php/news/70-telecom/1650-bestcomp

 

http://www.gun.az/hitech/59437