Xəbərlər

BakuTel-2012


 

6-9 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş “BakuTel-2012” sərgisi keçirildi. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyan sərgi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin, Birləşmiş Millətlər Təşkilatı (BMT) və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir. 

 Bu il “BakuTel” sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət bir araya toplanmışdı. Onların siyahısında Belarus, Böyük Britaniya, Çin, İran, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələrin şirkətləri də iştirak edirdi. Sərgi zamanı ziyarətçilər və iştirakçılar İKT sahəsində baş verən bir sıra yeniliklərlə, o cümlədən, inteqrasiya və infrastruktur layihələri, innovasiyalarla, proqram təminatları, elektron sənəd dövriyyəsi, bank texnologiyaları və digər xidmətlərlə yaxından tanış oldular. 

Sərginin daimi iştirakçısı olan “BestComp Group” şirkəti bu il 10 ildir ki, distribütoru olduğu dünya şöhrətli “ACER” şirkətinin müxtəlif məhsulları ilə iştirak edirdi. Sərgi ziyarətçilərinə “ACER” şirkətinin noutbukları, “Timeline” funksiyasına malik “ACER M3” və “ACER M5” ultrabukları, “Windows 8” əməliyyat sistemi ilə işləyən “All in one” desktopu,   “A210 (211)” və “A700” model planşetləri, eləcə də  avropada yaxşı tanınan “Packard Bell” noutbukları nümayiş olundu. Sərgidə “BestComp Group” hamıda böyük maraq doğuran “Best Kredit” kompaniyasını təqdim etdi. Həmçinin, ziyarətçilərə “BestComp Group” və “Dr.Web” şirkətlərinin birgə hədiyyəsi olaraq “Dr.Web Antivirus kartları” və “Port Designs” şirkətinin müxtəlif məhsulları hədiyyə olundu.