Xəbərlər

Bestcomp Group - Cisco şirkətinin Azərbaycanda ən yaxşı premyer partnyoru elan edilib


 

Oracle PartnerBestComp Group şirkəti 7 iyun 2012-ci ildə Moskvada keçirilən Cisco şirktəinin MDB ölkələrindən olan premyer partnyorlarının konfransında ən yaxşı premyer-partnyor elan edilib.

 

2006-cı ildə şirkət biznes partnyor olmuş və bir çox illər ərzində Cisco şirkəti ilə uğurla əməkdaşlıq etməkdədir. 

 

BestComp Group şirkəti Cisco avadanlığının istifadəsi ilə mürəkkəb inteqrasiya layihələrinin həyata keçirilməsində geniş praktik təcrübəyə malikdir. Bu həllərin uğurlu inkişafına və yüksək satış səviyyəsinə təsir göstərən amillərdən biri şirkətin nüfuzlu səriştə və ixtisaslaşma səviyyəsinə malik olması, müştərilərin müsbət rəyləri, həmçinin mütəmadi həyata keçirilən birgə marketing fəaliyyətləridir.

 

Cisco məhsulları bazarın müxtəlif sahələrində fəaliyyət göstərən korporativ müştərilər tərəfindən kompüter şəbəkələrinin yaradılması üçün istifadə edilir və bu əməyin məhsuldarlığının artırılmasına, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə və müəssisənin rəqabət qabiliyyətinin artırılmasına səbəb olur. 

 

Bestcomp Group şirkəti haqqında

 

1995-c ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqazda ən qabaqcıl İKT şirkətlərindən biridir. Dünyanın bir çox aparıcı şirkətləri ilə İKT sahəsində əməkdaşlıq edən BestComp şirkəti fəal distribyutorluq, korporativ sifarişçilər üçün əhəmiyyətli biznes İKT həllərinin hazırlanması və tətbiqi, kommunikasiya şəbəkələrinin yaradılması, fasiləsiz enerji təchizatı sistemlərinin qurulması və kompüter texnikasının pərakəndə satışı ilə məşğuldur.