Xəbərlər

Eurovision 2012 Mətbuat Mərkəzi açıldı


13 may 2012-ci il tarixdə “Eurovision – 2012” beynəlxalq musiqi yarışmasının mətbuat mərkəzinin açılışı oldu.

“Eurovision -2012” yarışmasının mətbuat mərkəzinin ərazisi 5000 kvadrat metr təşkil edir və 1500 yerli və beynəlxalq jurnalistin işləməsi üçün nəzərdə tutulub. Mətbuat mərkəzi “Eurovision – 2012” yarışmasının keçiriləcəyi məkana – Baku Crystal Hall konsert zalına yaxın yerləşir.“Eurovision – 2012” yarışmasının iştirakçıları ilə müsahibələr üçün xüsusi kabinələr və televiziya müsahibələrinin çəkilişi üçün isə mətbuat mərkəzində ayrıca studiya yaradılmışdır. Mətbuat mərkəzində yerləşən konfrans zal 500 jurnalistin iştirakı ilə tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mətbuat nümayəndələrinin istirahətini təmin etmək üçün mətbuat mərkəzində xüsusi istirahət zonaları hazırlanıb və kafeteriya fəaliyyət göstərəcəkdir.

Qeyd etmək lazımdır ki, mətbuat mərkəzinin işi üçün bütün avadanlıq və audio-səs sistemi BestComp Group şirkəti tərəfindən quraşdırılmışdır.