Xəbərlər

Bestcomp Group şirkəti şahmat üzrə Beynəlxalq Uşaq turnirinin sponsoru oldu


15-21 aprel 2012-ci ildə 2 saylı şahmat məktəbinin binasında şahmat üzrə 7-ci beynəlxalq uşaq turniri keçirildi və turnirdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərindən 14 yaşına qədər 28 gənc şahmatçı iştirak etdi. Turnirin qalibi 7 mümkün baldan 5,5-ni toplayan 2 saylı şahmat məktəbinin təmsilçisi Zaur Abbasov oldu. İkinci yerə 5,5 bal toplayan, lakın əmsal üzrə daha az bal toplayan Şıxəliyev İsmayıl (2 saylı şahmat məktəbi) layiq görüldü. Üçüncü yeri Sumqayıt şəhərindən Bayramov Zaur tutdu. Qaliblərə turnirin sponsoru olan və ölkədə keçirilən digər şahmat turnirlərinə dəstək göstərən BestComp Group şirkətindən dəyərli mükafatlar verildi. Təntənəli mərasim zamanı mükafatlı yerlər tutmuş qaliblərə prizlər verildi: birinci yeri tutan qalibə - noutbuk, ikinci yeri tutan qalibə - netbuk, üçüncü yeri tutan qalibə isə - fotoaparat verildi.