Xəbərlər

Bestcomp Group şirkəti “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın sponsorudur


Bestcomp Group hər zaman sponsorluq layihələri ilə respublikanın ictimai həyatında aktiv iştirak edir. Bu günlərdə şirkət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN), Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın sponsoru oldu.

Olimpiadanın 15 aprel 2012-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak etmişdir. Olimpiadanın ikinci (final) mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanmışdır. Cari ilin 29 aprel tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş final mərhələsində Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin “Norbert” komandası 2-ci yerə, Qafqaz Universitetinin “Baku Qafqaz U4” və “Baku Qafqaz U7” komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülmüşdür.

Qaliblər RİTN tərəfindən təşkil ediləcək 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.