Xəbərlər

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun Vahid Miqrasiya Məlumat Sistemi barəsində verdiyi müsahibəsi.


 

Bestcomp Group şirkətinin məhsulu olan bProMiq miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətləri üçün zəruri informasiyanı, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsini təmin edir. Sistem ölkədə mövcud olan digər informasiya resursları və sistemləri ilə uzlaşdırılıb və inteqrasiya edilib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun Zerkalo qəzetinə verdiyi müsahibədə qeyd etmişdir ki, miqrasiya sahəsində bir pəncərə sisteminin tətbiqi bu sahədə prosedurların sadələşdirilməsinə, şəffaflığın təmin olunmasına səbəb olub. Miqrasiya sahəsində Vahid Məlumat Sisteminin yaradılması ölkədə miqrasiya sahəsində baş verənlər haqda dəqiq məlumat əldə etməyə imkan verir.

http://www.zerkalo.az/2011-12-03/society/25209-migraziya-rabota