Xəbərlər

Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartı sistemi” “Ən yaxşı elektron xidmət” sayılıb


 

 

BestComp Group şirkətinin səhiyyə sahəsində “Azərbaycan Respublikası Vətəndaşlarının Elektron Sağlamlıq Kartları” layihəsi çərçivəsində hazırladığı proqram təminatı vasitəsilə 600-ə qədər xəstəxana, dövlət tibb müəssisələri Səhiyyə Nazirliyində yerləşən mərkəzi məlumat bazası ilə inteqrasiya edilmışdır. Bütün yeni doğulan Azərbaycan vətəndaşlarına paylanan smart kartlarda onların səhhəti, keçdiyi müalicələr və s. barədə lazımi məlumatlar saxlanılır.

Qeyd edək ki, bu layihə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. 

Sevindirici haldır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Səhiyyə Nazirliyinin “Tibbi Müayinə Kartı Sistemi” ilə əlaqədar təqdim etdiyi elektron xidməti “Ən yaxşı elektron xidmət” nominasiyasında 2-ci yer ilə təltif edib. 

 

 

http://sehiyye.gov.az/main/391-shiyy-nazirliyinin-tibbi-mayin-kart-sistemi-n-yax-elektron-xidmt-nominasiyasnda-2-ci-yer-lil-tltif-edilmidir.html

 

http://www.lent.az/xeber_81462_S%C9%99hiyy%C9%99_Nazirliyinin_%E2%80%9CTibbi_m%C3%BCayin%C9%99_kart%C4%B1

_sistemi%E2%80%9D_%E2%80%9C%C6%8Fn_yax%C5%9F%C4%B1_elektron_xidm%C9%99t%E2%80%9D_say%C4%B1l%C4%B1b