Xəbərlər

Bestcomp Group “Bakutel-2011” sərgisində


 

23 – 26 noyabr 2011-ci il tarixlərində Bakı Ekspo mərkəzində keçirilən “Bakutel” sərgisi - 2011-ci ilin sərgi mövsümünü bağladı.

BakuTel” – İKT sahəsində baş verən ən parlaq və mühüm yenilikləri ictimaiyyətə nümayiş etdirən və daim maraqlı və dolğun keçən bir sərgidir. Hər il müxtəlif ölkələrdən yüzlərlə şirkət bu tədbirə toplaşaraq təcrübə mübadiləsi aparmaq, aktual məsələləri müzakirə etmək, əlaqələr qurmaq və gələcək əməkdaşlığın əsasını qoymaq imkanına malik olur.

Sərgidə 4 iş günü ərzində xarici və yerli şirkətlər telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri təqdim etmişdilər.

Ənənəvi olaraq Bestcomp Group şirkəti də bu sərgidə iştirak etmiş və  əldə etdiyi son nailiyyətləri, daha dəqiq desək e-hökümət üçün tətbiq etdiyi layihələri təqdim etmişdir.

Bunlara, bProDoc – Elektron Sənəd Dövriyyəsi Sistemi, bProMig – Vahid Miqrasiya Məlumat Sistemi (VMMS), bProMig - Miqrasiya Prosesləri ilə Bağlı Məlumatların Toplanması Sistemi, bProMed – Elektron Sağlamlıq Kartı Sistemi, bProReg – Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri sistemi, bProExp – Elektron Muzey İnformasiya Sistemi və “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na uyğun olan “Xalq Kompüteri” layihəsi aiddir.

Bundan başqa sərgidə Acer şirkətinə məxsus olan planşetlər və All-in-One Touchpad personal kompüterləri əhaliyə nümayiş etidirilmişdir.