Xəbərlər

HP və Bestcomp Group tərəfindən təşkil edilmiş tərəfdaşlıq seminarı


20 oktyabr 2011-ci ildə “HP printerləri və sərfiyyat materialları” mövzusuna həsr edilmiş seminar keçirilib. Seminar HP-nin rəsmi ditribütoru və Cənubi Qafqazın aparıcı sistem inteqratoru olan BestComp Qrupun dəstəyi ilə HP şirkəti tərəfindən təşkil edilib. Seminar çərçivəsində HP şirkəti yeni İPG bölməsinin yeniliklərini təqdim edib, bu məhsullar artıq Azərbaycan bazarına çıxarılıb. İPG məhsullarının Rusiya və MDB məkanında distribusiyası üzrə menecer Vadim Tonkix şəxsi istifadə, daha dəqiq desək, evdə və kiçik müəssisənin ofisində personal çap, surətçıxarma və skaner üçün nəzərdə tutulmiuş yeni lazer printerləri və çoxfunksiyalı qurğulardan söhbət açıb. 

HP şırnaqlı printerlər sahəsində Azərbaycan üçün maraqlı məhsullar hazırlayıb. Bildiyimiz kimi, 30 ildən çox bir müddət ərzində çap bazarında yer tutan HP şirkəti üçün prioritet istiqamət məhz şırnaqlı çapdan ibarət olub. Bu gün də bu qurğular kiçik və orta biznesin, habelə personal istifadəçilərini ən son tələblərinə cavab verir.

Sərfiyyat materiallarından söhbət açan V.Tonkix istifadəçiləri keyfiyyətsiz saxta mal almaqdan qorumaq məqsədilə HP şirkətinin həyata keçirdiyi tədbirlərə toxunub. Hazırda HP lazer printerləri üçün nəzərdə tutulan katriclər yüksək dərəcədə müdafiə olunur, holoqram və mikroçiplərlə təmin edilib, məhz bu qurğuların köməyi ilə www.hp.ru/TonerCheck resursuna daxil olmaqla onların şirkətin standartlarına uyğunluğunu yoxlaya bilərsiniz.

Kiçik fasilədən sonra  HP-nin OfficeJet məhsulları üzrə meneceri Asif Hümbətov seminar iştirakçılarını şirkətin tərəfdaşlarına təqdim etdiyi qiymət və şərtlərlə tanış edib və sifariş üçün hazır olan modellərdən danışıb. 

Qeyd edək ki, BestComp Group anbarlarda geniş çeşidli HP printerlərinin və çoxfunksiyalı qurğuların olmasına xüsusi önəm verir, bu o deməkdir ki, tərəfdaşların seçim problemləri olmayacaqdır. 

Seminarın yekununda BestComp Group şirkətinin təmsilçisi Nigar Həsənova 20 oktyabr tarixindən fəaliyyətə başlayan tərəfdaşlıq proqramlarından söhbət açıb. Sonda HP və BestComp Group şirkətlərinin nümayəndələri seminar iştirakçılarının çoxsaylı suallarına cavab verib.