Xəbərlər

Bestcomp Group şirkəti “CeBİT Bilisim Eurasia – 2011” - sərgisində iştirak etmişdir


Bu il oktyabrın 6-dan 9-dək Türkiyənin İstanbul şəhərində "CeBİT Bilisim Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı keçirilmişdir. 

Tədbirdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və aparıcı şirkətlərin nümayəndələri, o cümlədən Bestcomp Group şirkətinin nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan sərgidə ayrıca milli pavilyonla təmsil olunmuşdur. 

Sərgidə respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr nümayiş etdirilmişdir.

Xatırladaq ki, "CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Bestcomp Group artıq bir neçə ildir ki, bu mühüm tədbirdə iştirak edir.