Xəbərlər

“Doktor Veb” və BestComp Group şirkətinin birgə seminarı keçdi


 

“Dr.Web anti-virus məhsulları vasitəsilə korporativ şəbəkələrin internet-təhlükələrdən mühafizəsi” mövzusunda seminar 4 oktyabr 2011-ci il tarixdə keçirilmişdir. Seminar Rusiyanın “Doktor Veb” şirkətinin regional partnyoru, Cənubi Qafqazda aparıcı sistem inteqratoru olan BestComp Group şirkəti və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil edilmişdi. Seminarın əsas hədəf kütləsi şirkət rəhbərləri, İT şöbələrinin müdirləri və məlumat təhlükəsizliyi üzrə mütəxəssislər olmuşdur. Yerli bazara bu dərəcədə tanınmış anti-virus proqram təminatı istehsalçısının cəlb edilməsində BestComp Group şirkətinin əməyi xüsusilə qeyd edilməlidir. Dr.Web məhsulları indi BestComp Group şirkətinin məhsulları sırasına daxil olacaqdır. Şirkətin fəaliyyətləri korporativ müştərilər üçün İKT məhsullarının hazırlanması və icrasından əlavə, həm də son müştərilərlə işi əhatə edir. Bu gün BestComp Group şirkəti bir sıra milli layihələrdə iştirak edir. Bunların arasında elektron hökumətin yaradılması sahəsində işlər və məşhur “Milli Kompüter” layihəsində şirkətin iştirakı xüsusilə qeyd edilməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Etibar Umudovun seminarın iştirakçılarına ünvanlanan giriş sözündən sonra “Doktor Veb” MMC (Rusiya) baş direktoru Boris Şarov iştirakçılara şirkətin qısa tarixçəsini danışdı və anti-virus proqram təminatı sahəsində ən yeni nailiyyətlərini təsvir etdi. “Bizim şirkətin 2004-cü ildə bazara girişi Dr.Web antivirusun 4.21 versiyasının buraxılışına təsadüf etdi. O zaman şirkət öz partnyorları və məhsulun son istifadəçilərinə texniki dəstək və məsləhət xidmətləri göstərməyə başladı. Bu gün şirkətdə 280 əməkdaş çalışır və “Doktor Veb” şirkətinin  7 ölkədə filialları vardır. Dr.Web anti-virus məhsulları 1992-ci ildən hazırlanır və qlobal təhlükəsizlik standartlarına cavab verməklə zərərli proqramların aşkar edilməsi və virusla zədələnmiş sistemlərin müalicə edilməsi sahəsində mükəmməl nəticələr nümayiş etdirir. Çox az adam bilir ki, ilk dəfə olaraq bizim şirkət personal kompüterlərin viruslara onlayn yoxlanması xidmətini təqdim etmiş və proaktiv müdafiə imkanı yaratmışdır. Bu gün şirkətimiz daha geniş istifadəçi kütləsi üçün münasib olan anti-virus məhsulları təqdim edir, onlara Dr.Web anti-virus mərkəzi nüvəsi daxildir, onlar anti-virus bazalarının vahid yenilənmə sistemindən və vahid texniki dəstək sistemindən istifadə edir. Dr.Web texnologiyaları iri korporativ şəbəkələr, həmçinin evdə və ya kiçik ofisdə olan kompüterlər çərçivəsində anti-virus mühafizəsi təmin etməyə imkan verir. Dr.Web anti-virusu mövcud olan əməliyyat sistemlərinin demək olar ki, hər birində istifadə edilə bilər. Şirkətin diqqət ayırdığı mühüm məqamlardan biri getdikcə böyüyən mobil avadanlıqlar bazarıdır. Anti-virus laboratoriyasında bir sıra araşdırmalar aparılır, buraya uzaq məsafədən bank xidmətlərinin göstərilməsi və bankomatların təhlükəsizliyinin artırılması, anti-virus bazasının daim tamamlanması və profilaktik mühafizənin gücləndirilməsi daxildir. Bundan əlavə biz həm də internet provayderlər üçün çox maraqlı məhsullar təklif edirik. Adi istifadəçilər bizim pulsuz xidmətdə olan unikal məhsullarımızla www.freedrweb.com səhifəsində tanış ola bilər. Belə faktları nəzərə alaraq, biz çox sevinirik ki, sizin istifadəçilərin öz kompüterlərini zərərli proqramlardan daha effektiv qorumasında onlara yardım etmək üçün Azərbaycanda BestComp Group şirkətinin timsalında özümüzə tərəfdaş tapdıq” – B. Şarov qeyd etdi. Qeyd etmək lazımdır ki, bu gün Dr.Web məhsullarının digər şirkətlərin analoji məhsullarından fərqi onun kompüter resursları ilə bağlı tələblərinin olmaması, yığcamlığı, iş sürəti və bütün zərərli proqramların aşkar edilməsində etibarlığıdır.

BestComp Group şirkətinin baş meneceri Rauf Həsənov mövcud layihələrə Dr.Web məhsullarının geniş tətbiqi ilə bağlı şirkətin planlarını təsdiqlədi. Bu layihələr arasında xüsusilə “Milli Kompüter” layihəsini qeyd etmək lazımdır. R. Həsənovun sözlərinə görə tərəfdaşlıq çərçivəsində artıq 15 min lisenziya əldə edilmişdir və onlar bu layihə daxilində kompüterlərlə birlikdə təqdim ediləcəkdir. “Doktor Veb – Mərkəzi Asiya” (Qazaxıstan) MMC-nin texniki dəstək xidmətinin rəhbəri Vitaliy Butayev tərəfindən edilən əsas təqdimat Dr.Web şirkətinin Enterprise Security Suite adlı məhsuluna həsr edilmişdi. Qeyd etmək lazımdır ki, Dr.Web şirkətinin bu məhsulları kompleksinə korporativ şəbəkənin bütün məntəqələrinin mühafizəsi elementləri və onların çoxu üçün vahid idarəetmə mərkəzi daxildir. Onun modullarına informasiya təhlükəsizliyinin təmin edilməsi elementləri daxil edilmişdir:

- iş stansiyaları, terminal serverlərin müştəriləri və qurulmuş sistem müştərilərinin Windows, OS/2, MS DOS, Linux и Mac OS X platformasında mühafizəsi;

- server fayllarının və Windows и Novell NetWare, Solaris, MacOS X Server, Linux, FreeBSD proqram serverlərinin (o cümlədən terminal serverlərin) mühafizəsi;

- Unix, Microsoft Exchange, IBM Lotus, Kerio poçt serverlərinin mühafizəsi;

- Windows Mobile, Symbian OS və Android platformaları üzərində çalışan mobil qurğuların mühafizəsi.

Dr.Web Enterprise Security Suite məsuluna şəbəkənin ayrı-ayrı məntəqələrinin mühafizəsi və vahid idarəetmə mərkəzi kimi mühüm komponentləri daxildir. Onlar rahat və aydın web şəklində hazırlanmışdır. Bu  Dr.Web Enterprise Security Suite paketində təqdim edilən üstünlüklərin yalnız bir neçəsidir. Məhsul barədə daha ətraflı məlumat üçünhttp://products.drweb.com/enterprise_security_suite  baxın.

Bundan əlavə, seminarın hər bir iştirakçısına “Doktor Veb” şirkəti tərəfindən hədiyyə - 100 kompüterdə quraşdırıla bilən, və korporativ şəbəkənin bütün məntəqələrini mühafizə etmək imkanı verən və vahid İdarəetmə Mərkəzi daxil olan Dr.Web Enterprise Security Suite sertifikatı təqdim edildi. Sertifikatdan 2 ya pulsuz istifadə etdikdən sonra sertifikat sahibləri lisenziyalı proqram təminatını 40% endirimlə əldə edə bilərlər.

 

Seminarın sonunda iştirakçılar şirkətin nümayəndələri ilə ünsiyyətdə oldu və Dr.Web məhsulları barədə suallarına ətraflı cavablar əldə edə bildilər.