Xəbərlər

Bestcomp Group şirkəti Cisco-nun sertifikatlaşdırılmış Premyer-Partnyoru statusuna layiq görülüb.


 

Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group 2011-ci ildən Cisco-nun sertifikatlaşdırılmış Premyer-Partnyoru statusuna layiq görülüb. 

Bestcomp Group şirkətinin mütəxəssisləri lazımi təlim kursları və sertifikatlaşdırma imtahanlarından uğurla keçdikdən sonra Bestcomp Group bu statusu əldə etmişdir.

Qeyd edək ki, Cisco şəbəkə həlləri sahəsində dünyanın lider şirkətlərindəndir. Şirkət təkcə Cisco üçün  əsas sahələr olan  (kommutasiya və marşrutlaşdırma) deyil, həm də IP-kommunikasiya, şəbəkə təhlükəsizliyi, simsiz şəbəkə, ev üçün nəzərdə tutulmuş şəbəkə və s. bu kimi sahələr üçün də məhsul və həlləri vardır.

Bu  statusu əldə etmək Bestcomp Group şirkətinin mütəxəssislərinin Cisco-nun proqram təminatının və avadanlıqlarının bazara çıxarılması, texniki dəstəyi,  tətbiqi, işlənib hazırlanması sahəsində bacarığını təsdiq edir.

Onu da qeyd edək ki, Bestcomp Group şirkəti 2006cı ildə Cisco-nun biznes tərəfdaşı statusuna layiq görülmüşdür.  Yeni əldə edilmiş Premier statusu bu sahədə əldə etdiyimiz uğurları bir daha təsdiq etmiş oldu.