Xəbərlər

BestComp Karel şirkətinin distribütoru oldu


2011-ci ildən etibarən Bestcomp Group firması Karel şirkətinin distribütorudur. 

"Karel Elektronik Sanayi ve Ticaret A.Ş.” 1986-cı ildə yüksək keyfiyyətli təsisləri ilə Türkiyədə elektron telefon stansiyası bazarını yaratmış, bu bazara PBX məhsullarını daxil etmiş və Türkiyənin İnformasiya bölgəsində elektro-mexanik sistemlərdən elektronik xəbərləşmə sistemlərinə keçməsində birinci olmağın haqqını qazanmışdır. Şirkət ölkə daxili və ölkə xarici bazarlarında əldə etdiyi uğurları ilə liderliyi əldə etmişdir. Rabitə sektorunda “Karel Elektronik Sanayi ve Ticaret A.Ş.” 100% yerli sərmayə ilə bunu əldə edə bilən nadir şirkətlərdən biri kimi tanınmaqdadır.