Xəbərlər

Bestcomp Group “Baku Open 2011” – Şahmat turnirinin sponsorudur


 

Avqustun 5-dən 14-nə kimi, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş Beynəlxalq “Baku-open-2011” turniri keçiriləcəkdir. İsveçrə sistemi üzrə keçiriləcək yarışda 73 şahmatçı, o cümlədən 28 qrossmeyster iştirak edəcək.

Onların arasında Şəhriyar Məmmədyarov ispaniyalı Fransisko Valyexo Pons, kubalı Lenyer Dominges Perez , rusiyalı Aleksey Dreyev, israilli Emil Sutovski kimi reytinq əmsalı 2700-dən çox olan şahmatçılar mübarizə aparacaqlar. Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcədə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən "Baku Open 2011" turnirinin sponsorlarından biri Bestcomp Group firmasıdır.