Xəbərlər

Bestcomp Group MDB-nin 20 illiyinə həsr olunmuş sərgidə iştirak edib


28 iyun – 3 iyul 2011-ci il tarixlərində  Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgi açılıb.

İyulun 3-dək davam edən sərgidə 40-a yaxın Azərbaycan şirkətinin 250 çeşiddən çox məhsulları nümayiş olunub.  Azərbaycanın milli pavilyonunda informasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil edilib. 

Rabitə və Informasiya Texnologiyaları nazirliyinin stendində Bestcomp Group şirkəti son illər ərzində əldə etdiyi nailiyyətləri təqdim etmişdir, sərgi iştirakçılarına ölkəmizin  informasiya texnologiyaları sahəsindəki məhsulları, xidmətləri, həlləri və ümumilikdə uğurları barədə məlumatlar çatdırılmışdır.