Xəbərlər

Bestcomp Group Moskvada keçirilmiş «Svyaz Ekspokomm-2011» sərgisində


Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti , may ayının 10-da Rusiyanın paytaxtı Moskva şəhərində start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak etmişdir.

Respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir.

Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapıb.

Öz növbəsində Bestcomp Group şirkəti özəl və hökümət sektoru üçün hazırlamış məhsul və həllərini sərgi iştirakçılarına təqdim etmişdir.