Xəbərlər

Bestcomp Group şirkəti Oracle-in Qızıl Partnyoru (Oracle Gold Partner) oldu


Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biri olan Bestcomp Group Oracle-dan Qızıl Partnyor statusuna layiq görülmüşdür.

Bestcomp Group şirkətinin Gold Partner statusuna layiq görülməsi, şirkətlərimiz arasında əməkdaşlığın inkişafı üçün atılan addım olaraq, gələcəkdə, əlaqələrin daha da inkişaf edəcəyinə təkan verir.

Oracle şirkəti biznes proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı bazarında aparıcı şirkətlərdən biridir. Bu gün Oracle məhsulları bazası əsasında olan texnologiyalar və həllər idarəetmə təchizatçıları arasında aparıcı mövqe tutur.