Xəbərlər

Bestcomp Group - “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgidə iştirak edib.


 

Yanvarın 28-də Bakı şəhər Əl Oyunları İdman Sarayında “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır. 

Bestcomp Group şirkəti də adı çəkilən sərgidə iştirak etmiş, orta və ali məktəb müəllimləri, şagirdlər və tələbələr üçün nəzərdə tutulmuş “Xalq Kompüteri” layihəsini təqdim etmişdir. 

Sərgidə layihə çərçivəsində təqdim olunan modellər və layihənin şərtləri müəllimlərə və şagirdlərə nümayiş etdirilmişdir. 

Qeyd edək ki, Xalq kompüteri layihəsi  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP” və “Microsoft” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.  layihəsinin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə, dovlət  müəssisələrinin  işçilərinə sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə kompüter sahibi olmaq imkanı verməkdir.

Hal hazırda layihə çərçivəsində 5 model HP noutbuku,  stolüstü kompüter və  layihə iştirakçılarına xüsusi təklif olaraq 12 növdə HP Pavilion noutbukları təqdim edilir.