Xəbərlər

Müəllimlər və orta məktəb şagirdləri “Xalq Kompüteri” layihəsi çərçivəsində bir il yarım ərzində 10 000 kompüterə sahib oldu.


 

Sumqayıt orta məktəbinin müəllimi “Xalq Kompüteri” layihəsinin tərəfdaşlarından hədiyyə olaraq HP noutbuku əldə etmişdir 

Bakı, 24 dekabr 2010-cu il – Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatmışdır. HP ProBook 4510s notbukunun sahibi Sumqayıt şəhər sakini, 27 saylı orta ümumtəhsil məktəbinin müəlliməsi Xalidə İsgəndərova olmuşdur. Layihənin tərəfdaşları 10 000-ci kompüteri hədiyyə olaraq vermək qərarına gəlmişlər. 

Xatırladaq ki, “Xalq Kompüteri” layihəsi HP və Microsoft şirkətləri ilə birgə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanmışdır, layihənin operatoru BestComp Group şirkətidir.  Sonralar layihəyə İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşuldular. Kompüterlərin çatdırılması və ödənişlərin qəbulu Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. 

 “Xalq Kompüteri” layihəsinin hazırkı mərhələdə olan əsas məqsədi orta ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır.

HP kompüterinin sahibi olmaq olduqca asandır: 

- Layihənin  http://www.xalqkomp.az saytına daxil olmaq və kompüterin modelini seçmək.  

- Sonra saytda təqdim olunan müqaviləni çap etmək və doldurmaq. 

- İmzalanmış müqavilə təhsil müəssisəsinin direktoru tərəfindən imzalanmalı və poçt vasitəsilə Təhsil Nazirliyinin təhsilin idarə olunması məlumat sistemi Şöbəsinə  (yaxud Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı Şöbəsinə) göndərilməlidir. 

- BestComp Group şirkəti müqaviləni yoxlayandan və təsdiq edəndən sonra müqavilənin surəti və sifariş edilmiş kompüter alıcının ünvanına göndərilir. 

- Müqavilənin şərtlərinə uyğun olaraq kredit üzrə ödəniş alıcı tərəfindən hər ay həyata keçirilir. 

Kompüterlərin çatdırılması və ödənişlərin qəbulu “Azərpoçt” MMC vasitəsilə yerinə yetirilir. 

Layihənin iştirakçıları əlavə mükafatların da sahibi ola bilərlər: kompüterin məbləğini 3, 6 və 9 ay ərzində ödəyən şəxslər hədiyyə olaraq çoxfunksiyalı HP printerləri və flash-kartlar əldə edirlər. 

Daha ətraflı məlumat layihənin http://www.xalqkomp.az saytında verilir.