Xəbərlər

“Xalq Kompüteri” layihəsi “Bakutel-2010” sərgisində


“Xalq kompüteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.  Layihə "Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilir və artıq on min adam layihə çərçivəsində güzəştli şərtlərlə kompüter əldə etmişdir.

“Xalq Kompüteri” layihəsinin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə, dovlət  müəssisələrinin  işçilərinə sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə kompüter sahibi olmaq imkanı verməkdir.Layihə həm Bakıda həm də regionlarımızda geniş vüsət almışdır.  

Xalq kompüteri layihəsi  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP” və “Microsoft” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə uğurla inkişaf edir. Layihəyə  Symantec , Azercell, Azerfon kimi böyük şirkətlər də qoşularaq, layihə çərçivəsində satılan kompüterlərlə birlikdə alıcılara bazar qiymətindən çox aşağı qiymətlərlə antivirus proqramı və internet xidmətləri təqdim edirlər.

Bu yaxınlarda Bakı Expo mərkəzində keçirilmiş “Bakutel -2010” sərgisində  Xalq Kompüteri layihəsi əhaliyə geniş təqdim olunmuşdur. Sərgidə layihə çərçivəsində təqdim olunan modellər və layihənin şərtləri HP və Microsoft, Bestcomp Group, Azercell  şirkətlərinin stendlərində nümayiş olunmuşdur. Bestcomp Group şirkətinin stendində  layihə iştitakçılarına xüsusi təklif olaraq 12 növ Hp Pavilion noutbukları təqdim edilmişdir.